Menyu

Pirotexniki vasitələr satdığı üçün cərimələnən şəxs yenidən saxlanılıb

Nərmin Qocamanlı
Pirotexniki vasitələr satdığı üçün cərimələnən şəxs yenidən saxlanılıb

Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, bir neçə gün əvvəl Qaradağ rayonunda yerləşən iri ticarət mərkəzlərindən birində pirotexniki vasitələrin satışını təşkil etdiyi üçün saxlanılan və barəsində inzibati protokol tərtib edilən şəxsin təkrarən eyni əməli törətdiyi məlum olub.

Bu səbəbdən həmin şəxs paytaxt sakini E.Hüseynov yenidən polis əməkdaşları tərəfindən saxlanılıb. Bu dəfə isə ondan ümumilikdə 1570 ədəd pirotexniki vasitə aşkar edilib. E.Hüseynov barəsində toplanan materiala hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib, araşdırmalar davam etdirilir.

Teqlər:

"Pirotexniki vasit\u0259l\u0259r satd\u0131\u011f\u0131 \u00fc\u00e7\u00fcn c\u0259rim\u0259l\u0259n\u0259n \u015f\u0259xs yenid\u0259n saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər