Menyu

Bakı hava limanı bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Nərmin Qocamanlı
Bakı hava limanı bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il bayramı ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu 28 dekabr tarixindən 7 yanvar 2024-cü il tarixinədək sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə gücləndirilmiş iş qrafikinə keçir.

Aeroportdan "Operativ Media"ya verilən məlumata görə, Bakı hava limanı sərnişinlərə səyahət zamanı optimal şərait təklif etməklə xidmət keyfiyyətini daim yüksəltməyə çalışır. Tətbiq edilən gücləndirilmiş iş qrafiki sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi, uçuşların vaxtında yerinə yetirilməsi və xidmətin yüksək səviyyədə təqdim edilməsi məqsədi daşıyır.

Bayram günlərində artan sərnişin axınını nəzərə alaraq, mümkün ləngimələrin qarşısını almaq məqsədilə sərnişinlərə uçuşa 3 saat qalmış hava limanına gəlmələri tövsiyə olunur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər