Menyu

ATƏT/DTİHB-nin Azərbaycanda növbədənkənar prezident seçkilərini izləyəcək müşahidəçilərinin sayı məlum olub

ATƏT/DTİHB-nin Azərbaycanda növbədənkənar prezident seçkilərini izləyəcək müşahidəçilərinin sayı məlum olub

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) gələn il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək müşahidəçilərinin sayı məlum olub.

"Operativ Media" "Report"a istinadən xəbər verir ki, ATƏT/DTİHB-nin uzunmüddətli missiyasının tərkibi 26 nəfərdən ibarət olacaq. Qurum 250 nəfərdən ibarət isə qısamüddətli müşahidə missiyasının təmin edilməsi ilə bağlı ATƏT-ə daxil ölkələrə sorğu göndərib.

ATƏT/DTİHB missiyasının uzunmüddətli müşahidəçilərinin ölkəyə 2024-cü ilin yanvarında, qısamüddətli müşahidə missiyasının üzvlərinin isə seçkilərə 3-4 gün qalmış gəlməsi gözlənilir.

Qeyd edək ki, ATƏT/DTİHB-nin Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək missiyasına İoğan Mörfi (İrlandiya) rəhbər təyin olunub.

Teqlər:

"AT\u018fT\/DT\u0130HB-nin Az\u0259rbaycanda n\u00f6vb\u0259d\u0259nk\u0259nar prezident se\u00e7kil\u0259rini izl\u0259y\u0259c\u0259k m\u00fc\u015fahid\u0259\u00e7il\u0259rinin say\u0131 m\u0259lum olub"

Əlaqəli Xəbərlər