Menyu

İsmayıllıda pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər məsuliyyətə cəlb olunub

Nərmin Qocamanlı
İsmayıllıda pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər məsuliyyətə cəlb olunub

Polis əməkdaşları tərəfindən yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində respublika ərazisində nəzarət-profilaktik tədbirlər davam etdirilir.
 
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, dekabrın 28-də Baş İctimai Təhlükəsizlik  İdarəsi əməkdaşlarının İsmayıllı şəhəri ərazisində keçirdikləri tədbir zamanı yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər müəyyən edilib.

Onlardan ümumilikdə 11860 ədəd müxtəlif növ pirotexniki vasitə götürülüb.

Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər