Menyu

Sumqayıtda köhnə məhkumda narkotik vasitə aşkarlanıb

Nərmin Qocamanlı
Sumqayıtda köhnə məhkumda narkotik vasitə aşkarlanıb
1 dəq oxu

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Orxan Musayev saxlanılıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, ondan 5 qrama yaxın metamfetamin aşkar edilib. 

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 24 qramdan artıq heroin, 420 qramdan çox metamfetamin, 38 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. 

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər