Menyu

Göyçayda vətəndaşlardan qanunsuz saxladıqları odlu silahlar götürülüb

Nərmin Qocamanlı
Göyçayda vətəndaşlardan qanunsuz saxladıqları odlu silahlar götürülüb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktik tədbirlər keçirilib. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, son günlər ərzində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində rayon sakinlərindən müvafiq sənədləri olmadan saxladıqları 6 tüfəng aşkar edilərək götürülüb. 
Cari il ərzində isə polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və profilaktiki tədbirlər zamanı 2-si tapança, 1-i yivli “TOZ-8”, 33-ü isə ov tüfəngi olmaqla ümumilikdə 36 odlu silah götürülüb. Aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq həmin 36 silahdan 5-ini vətəndaşlar könüllü şəkildə polisə təhvil veriblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər