Menyu

Biləsuvarda oğlunu öldürən atanın məhkəməsi başlayır

Nərmin Qocamanlı
Biləsuvarda oğlunu öldürən atanın məhkəməsi başlayır

Sentyabrın 7-də Biləsuvar rayon sakini 1972-ci il təvəllüdlü Oqtay Soltanovun qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. 

Biləsuvar rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, istintaqla Oqtay Soltanovun həmin tarixdə Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan oğlu tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər