29 Dekabr 2023, 16:24
Təhsil işçiləri təltif edilib
Təhsil işçiləri təltif edilib şəkil
Təhsil işçiləri təltif edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində çalışan bir qrup təhsil işçisi təltif edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər.

Tədbirdə çıxış edən Mehriban Vəliyeva cəmiyyətin aparıcı qüvvəsi olan, nüfuzu ilə fərqlənən təhsil işçilərini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Milli birliyin ölkəmizin ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biri olduğunu qeyd edən M.Vəliyeva təhsilimizin daha böyük uğurlar əldə etməsi üçün məktəblə, müəllimlərlə bərabər cəmiyyətin hər bir üzvünün vətəndaş həmrəyliyi nümayiş etdirməli olduğunu vurğulayıb.

Daha sonra uğurlarına və səmərəli fəaliyyətinə görə fərqlənən təhsil işçilərinə Elm və Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmanı təqdim olunub.

Son xəbərlər
BƏƏ İsrailin İrana hücumunu pisləyib
Britaniyanın Baş naziri İran və İsraili dərhal gərginliyi azaltmağa çağırıb
"Səbail"in qapıçısı gələcək karyerası ilə bağlı qərar verməyib
ABŞ və İran arasında nüvə danışıqlarının altıncı raundu baş tutmayacaq
Gömrük borcu ilə bağlı yeni qayda tətbiq olunacaq
Şəkərli diabet riskini artıran qidalar hansılardır?
Daşınmaz əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşir
DİN: Qadın adları ilə profillər yaradıb vətəndaşların pullarını talayan şəxs saxlanılıb