Menyu

Fermerlərə 40 min manatdan çox aqrar sığorta ödənişləri verilib

Redaksiya
Fermerlərə 40 min manatdan çox aqrar sığorta ödənişləri verilib

Aqrar Sığorta Fondu tərəfindən Cəlilabad, Biləsuvar, Yardımlı və Lerikdə sığortalanmış fermerlər və təsərrüfatların bir hissəsinə sığorta ödənişləri edilib.

Kənd Təsərrüfatı Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, fermerlərə ümumilikdə 40 min manatdan çox ödəniş həyata keçirilib. 

Zərər ödənişləri Cəlilabad, Biləsuvar və Yardımlı rayonlarındakı buğda-arpa sahələri, Lerikdə isə ərik bağı üzrə verilib. 

Qeyd edək ki, ümumilikdə cari ilin yanvar-noyabr ayları ərzində Fond tərəfindən zərər görən təsərrüfatlara 4 milyon manata yaxın sığorta ödənişi həyata keçirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər