Menyu

Mingəçevirdə pirotexniki vasitələrin gizli satışı ilə məşğul olanlar məsuliyyətə cəlb edilib

Əziz Əzizli
Mingəçevirdə pirotexniki vasitələrin gizli satışı ilə məşğul olanlar məsuliyyətə cəlb edilib

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, şəhərdə keçirilən tədbirlər zamanı pirotexniki vasitələrin gizli şəkildə satışını təşkil edən 5 nəfər müəyyən edilib.

Həmin şəxslərdən müxtəlif növ pirotexniki vasitələr, partlayıcı və tezalışan maddələr aşkar olunaraq götürülüb.

Faktlarla bağlı onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün şəhər məhkəməsinə göndərilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər