Şəkidə polis əməkdaşları şəhid ailələrini ziyarət ediblər
Nərmin Qocamanlı
Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələrini ziyarət ediblər. Şəhidlərin ailə üzvləri ilə görüşən asayiş keşikçiləri onların qayğıları ilə maraqlanıb, gətirdikləri bayram sovqatlarını təqdim ediblər.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, ziyarət zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın igidlik və şücaətindən danışılıb, onların fədakarlıqlarının qəlblərdə əbədi yaşayacağı qeyd olunub. Şəhidlərimizin vətənə əmanət qalan övladlarını təbrik edən polis əməkdaşları gətirdikləri bayram hədiyyələri ilə onları sevindiriblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net