Menyu

Elm və təhsil nazirliyi buna 14 milyon vəsait ayırdı

Elm və təhsil nazirliyi buna 14 milyon vəsait ayırdı
1 dəq oxu

Elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanlar 2024-cü il ərzində yeməklə təchiz olunacaqlar.

“Operativ Media”nın əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 14.311.289,65 AZN vəsait ayırıb.

Dövlət təminatında olan 4-6 və 7-17 yaş qrupları üzrə təhsilanlar gün ərzində 4 dəfə olmaqla – səhər, ikinci səhər, nahar, axşam yeməkləri ilə təchiz olunacaqlar.

Əlaqəli Xəbərlər