Bakıda pilləkəndə "prius" sürən şəxs həbs edilib - FOTO
Əziz Əzizli
Paytaxtın Xətai rayonunda yol keçidlərinin birində vətəndaşların hərəkətinə təhlükə yaradan "Toyota Prius" markalı, 77-XY-496 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Novruzov Rəsul Rövşən oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Bakı şəhər BPİ DYP İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən "Operativ Media"ya bildirilib ki, sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Novruzov 10 sutka inzibati qaydada həbs edilib.
Teqlər:
"Bak\u0131da pill\u0259k\u0259nd\u0259 \"prius\" s\u00fcr\u0259n \u015f\u0259xs h\u0259bs edilib - FOTO"