Menyu

Ağsuda narkotik vasitələrin satışında şübhəli bilinən şəxslər saxlanılıb

Əziz Əzizli
Ağsuda narkotik vasitələrin satışında şübhəli bilinən şəxslər saxlanılıb

Ağsuda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxslər saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılaraq istintaqa təhvil verilib.

Tədbirlərlə rayon sakinləri - Natiq Nuriyev və Zamiq Müslümov saxlanılıblar. Şəxsi axtarış zamanı Natiq Nuriyevdən heroin, metamfetamin və elektron tərəzi aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin narkotik vasitə və psixotrop maddəni birlikdə paytaxtdan Ağsuya satış məqsədilə gətirdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb,istintaq aparılır

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər