Menyu

Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Nərmin Qocamanlı
Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
1 dəq oxu

Yanvarın 6-sı saat 19 radələrində Balakən rayonunun Püştətala kəndi ərazisində Ülvi İsmayılov idarə etdiyi “Mercedes” markalı mikroavtobus ilə yolu keçən piyada, 2001-ci il təvəllüdlü Alqayev Abdulla Kənan oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər