Menyu

Avropol “çirkli pulların yuyulması” əməliyyatında 2469 nəfəri saxlayıb

Operativ Media
Avropol “çirkli pulların yuyulması” əməliyyatında 2469 nəfəri saxlayıb
1 dəq oxu

Avropa Polis Təşkilatının (Avropol) “çirkli pulların yuyulması” əməliyyatında 2469 nəfər saxlanılıb.

"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, 25 ölkədə çirkli pulların yuyulması və pul kuryerlərinə qarşı keçirilən əməliyyatda 8755 pul kuryeri müəyyən edilib.

Təxminən 1800 müxtəlif bank və qurumun dəstəklədiyi əməliyyatda 4 min 89 şübhəli əməliyyatdan 17,5 milyon avroluq “qara pul”un ələ keçirildiyi qeyd edilib.

Avropa Bankçılıq Federasiyası (EBF), Avropa Birliyinin Məhkəmə Əməkdaşlıq Agentliyi (Eurojust) və İnterpolun dəstəyi ilə keçirilən əməliyyata Aİ-yə üzv dövlətlərin təhlükəsizlik qüvvələri ilə yanaşı, Böyük Britaniya, ABŞ, Sinqapur, Honq-Konq və Moldova təhlükəsizlik bölmələri də daxil edilib.

Günahsız insanların “çirkli pulların yuyulması” alətinə çevrilməsinin qarşısını almaq istəyən Avropol bu gündən etibarən “#DontBeaMule” (kuryer olmaq) həştəqi ilə sosial mediada maarifləndirmə kampaniyası başladıb.

 

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər