http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qurban Qurbanov: "Olimpiakos"la matçda oyunçulara böyük məsuliyyət düşəcək"

05 Oktyabr 2022 , 09:51
Qurban Qurbanov: "Olimpiakos"la matçda oyunçulara böyük məsuliyyət düşəcək"

"Bu matçda futbolçuların üzərinə çox böyük məsuliyyət və güc düşəcək".

"Operativ Media "nın məlumatına bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Olimpiakos"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu üçün Yunanıstana səfər öncəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis Afinadakı görüşdə qələbə qazanmaq istədiklərini bildirib: "Amma hər şeyi nəzərə almaq lazımdır. Rəqib komandada qrupdakı iki məğlubiyyətdən sonra dərhal baş məşqçi dəyişikliyi baş verib. İddialarının çox olduğu görünür. Bu matça da ciddi hazırlaşıblar. Baş məşqçi dəyişikliyi məni ən çox narahat edən məqamlardan biridir. Dəfələrlə belə hallar yaşanıb. Hər şeyin qaydasında olmasını istəyirik. Rəqib bizi daha yaxşı tanıyır. Hər halda, bütün bunlar bizə təcrübə verir. Daha diqqətli və istəkli olmağa çalışacağıq. Belə qarşılaşmalarda bəzi detallara diqqət ayırmalıyıq. Hansı ki hazırda bunları bilmirik və oyun vaxtı görəcəyik".

Təcrübəli baş məşqçi səfərə bir gün əvvəl yollanmalarına da aydınlıq gətirib: "Bəzən proqramda dəyişiklik olur. Hazırlaşmaq üçün vaxtımız az idi. Buna görə əsas məşqlərimizi Bakıda etmək istədik. Hazırlıqlar pis keçməyib, futbolçuların durumu da əvvəlki günlərə nisbətən daha yaxşıdır. "Olimpiakos"a yeni rəqib deyə bilərəm. Çünki son qarşılaşmada yeni baş məşqçinin rəhbərliyi altında fərqli oyun sərgilədilər. Onlarla yaxından tanış olduq. Yunanıstana yaxşı oyun göstərmək üçün gedirik. Komandada da hər şey qaydasındadır".

Qurbanov zədəli Marko Yankoviçin durumu barədə də danışıb: "Neftçi" ilə matçdan sonra durumu bir az ağır oldu. Amma dünən fərdi qaydada məşq etdi. Bu gün klinikadan birbaşa hava limanına gəlib. Hər şey yaxşılığa doğru gedir. Sabahadək vaxtımız var. Onunla bağlı qərarı oyun günü verəcəyik. Digər oyunçularda isə hər şey qaydasındadır".

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu

Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu

I Liqa: "Qəbələ" 5 qolla qazandı

I Liqa: "Qəbələ" 5 qolla qazandı

Azərbaycan Kubokunun püşkatma mərasiminin vaxtı bilindi

Azərbaycan Kubokunun püşkatma mərasiminin vaxtı bilindi

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu