Menyu

Pərviz Şahbazov nazirlikdə vətəndaşları qəbul edib

Nərmin Qocamanlı
Pərviz Şahbazov nazirlikdə vətəndaşları qəbul edib

Energetika naziri Pərviz Şahbazov nazirlikdə vətəndaşları qəbul edib.

"Operativ Media" Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə təşkil edilmiş qəbul zamanı vətəndaşların elektrik enerjisi təminatı, abunə kodunun verilməsi, işə qəbulla bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2024-cü il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin saytında yerləşdirilib.

Eyni zamanda vətəndaşlar müraciətlərini (012) 974 “Çağrı Mərkəzi”, 598-16-55 “Qaynar Xətt”i, [email protected] elektron poçt ünvanı və www.minenergy.gov.az internet səhifəsi vasitəsilə Nazirliyə ünvanlaya bilərlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər