Xəzər rayonunda narkotik dövriyyəsinə görə 35 nəfər saxlanılıb
Nərmin Qocamanlı
Xəzər Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən yanvar ayında keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə 35 nəfər saxlanılıb.
DİN mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, həmin şəxslərdən 4 kiloqram heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri əsasən sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net