Bakıda yolun hərəkət hissəsinə aşan ağac götürülüb - YENİLƏNİB
Bakıda yolun hərəkət hissəsinə aşan ağac götürülüb.
Bu barədə "Operativ Media"ya Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Qeyd edək ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları dərhal hadisə yerinə gəliblər.
***
19:51
Bakıda ağac yola aşıb, avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
“Operativ Media” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində ağac yolun hərəkət hissəsinə aşıb. Bu səbəbdən də Xətai prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Sürücülərdən nəzərə almaları xahiş edilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net