Menyu

Xəzərdə dalğanın hündürlüyü 3.7 metrə çatıb - FAKTİKİ HAVA

Nərmin Qocamanlı
Xəzərdə dalğanın hündürlüyü 3.7 metrə çatıb - FAKTİKİ HAVA

Fevralın 6-si saat 09:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi qərb küləyi bəzi yerlərdə arabir güclənib.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirlib.

Qeyd edilib ki, hava şəraiti 5-i axşam bəzi dağlıq ərazilərdən başlayaraq arabir yağıntılı olub, qar yağıb.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 25 m/s, Daşkəsəndə 30 m/s, Yardımlı, Qobustanda 24 m/s, Lerikdə 22 m/s, İsmayıllı, Göyçayda 18 m/s, Sabirabad, Altıağacda 17 m/s, Naftalan, Quba, Gədəbəydə 16 m/s, Şəkidə 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.7 metrə çatıb.

Qar örtüyünün hündürlüyü Ordubadda 37 sm, Qaxda (Sarıbaş) 33 sm, Qrızda 5 sm, Gədəbəy, Sədərəkdə 3 sm, Qusarda 2 sm, Quba, Şahbuzda 1 sm olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17, Naxçıvan MR-da 9, Aran rayonlarında 16, dağlıq rayonlarda 10 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta olub.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 6-sı axşamadək davam edəcək.

Teqlər:

"X\u0259z\u0259rd\u0259 dal\u011fan\u0131n h\u00fcnd\u00fcrl\u00fcy\u00fc 3.7 metr\u0259 \u00e7at\u0131b - FAKT\u0130K\u0130 HAVA"

Əlaqəli Xəbərlər