Menyu

Yasamalda avtomobildən 750 manatlıq dərman oğurlanıb

Nərmin Qocamanlı
Yasamalda avtomobildən 750 manatlıq dərman oğurlanıb
1 dəq oxu

Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin bank kartından 678 manatını və “Fiat” markalı bir avtomobildən 750 manat dəyərində dərman vasitələri oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (Oğurluq) axtarışda olan, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Elxan Abdullayev saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər