Menyu

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat aşağı salınıb

Nərmin Qocamanlı
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat aşağı salınıb
1 dəq oxu

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Eyni zamanda bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Əlaqəli Xəbərlər