Menyu

Kənd təsərrüfatı nazirinin müavini Sabirabadda vətəndaşları qəbul edəcək

Nərmin Qocamanlı
Kənd təsərrüfatı nazirinin müavini Sabirabadda vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov fevralın 14-də, saat 10:00-da Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Nazirlikdən "Operativ Media"ya bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-582-44-33) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi”nə zəng etməklə də (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər