06 Fevral 2024, 14:37
Qubada avtomobillərdən oğurluq edən şəxsdən narkotik aşkarlanıb
Qubada avtomobillərdən oğurluq edən şəxsdən narkotik aşkarlanıb şəkil
Qubada avtomobillərdən oğurluq edən şəxsdən narkotik aşkarlanıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində baş verən silsilə oğurluq hadisələrinə qarşı əməliyyat-axtarış tədbirləri keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakin  Elvin Məmmədov saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxsin Quba rayonu ərazisində  bir neçə avtomobildən müxtəlif aksessuarlar, eləcə də tanımadığı şəxsə məxsus tövlədən 6 baş xırdabuynuzlu heyvanı oğurlaması müəyyən edilib.

Həmçinin,  saxlanıldıqda E.Məmmədovun üzərindən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktlarla  bağlı Quba RPŞ-də  cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Elvin Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər
Xarici İşlər Nazirliyinin geniştərkibli kollegiya iclası keçirilib
"Qış təlimi - 2025" beynəlxalq təlimləri başa çatıb
Hikmət Hacıyev Pakistan səfirini qəbul edib
Azərbaycan millisinin (U-21) oyunlarının təqvimi müəyyənləşdi
İpoteka kreditlərinə müraciətlərin rəsmi sayı açıqlanıb
İstanbulda saxta içkidən ölənlərin sayı 70-ə çatıb
İsrail nümayəndə heyəti girovlarla bağlı danışıqlar üçün Qətərə gedəcək
Ölkə ərazisində quraşdırılan enerjidoldurma məntəqələrinin sayı açıqlanıb