06 Fevral 2024, 19:25
FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib - FOTO
FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib - FOTO şəkil
FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib - FOTO

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib.

"Operativ Media" FHN-ə istinadən xəbər verir ki, təlimin keçirilməsində məqsəd Regional Mərkəzin şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə, o cümlədən gecə vaxtı baş verən fövqəladə hallara çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.

Təlim zamanı xilasedicilər “fövqəladə hal zonası”nın işıqlandırılmasını təşkil edərək, xüsusi alət və avadanlıqlar vasitəsilə “dağıntılar altında köməksiz vəziyyətdə qalmış zərərçəkmişləri xilas edərək aidiyyəti üzrə təhvil veriblər”.

Uğurla icra edilən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

Son xəbərlər
"Qış təlimi - 2025" beynəlxalq təlimləri başa çatıb
Hikmət Hacıyev Pakistan səfirini qəbul edib
Azərbaycan millisinin (U-21) oyunlarının təqvimi müəyyənləşdi
İpoteka kreditlərinə müraciətlərin rəsmi sayı açıqlanıb
İstanbulda saxta içkidən ölənlərin sayı 70-ə çatıb
İsrail nümayəndə heyəti girovlarla bağlı danışıqlar üçün Qətərə gedəcək
Ölkə ərazisində quraşdırılan enerjidoldurma məntəqələrinin sayı açıqlanıb
“Azərişığ”ın işğaldan azad edilmiş ərazilərdə abonentlərinin sayı açıqlanıb