İşğaldan azad olunan Cəbrayıl rayonunda növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə keçirilir.
“Operativ Media” xəbər verir ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindəki 83 seçki məntəqəsi üzrə ümumilikdə, 56431 seçici qeydə alınıb. İşğaldan azad olunan Cəbrayıl ərazisində fəliyyət göstərən 80 saylı seçki məntəqəsində 1184 nəfər, Cəbrayıl rayonunun Soltanlı kəndi ərazisindəki Araz Vadisi İqtisadi Zonasındakı 81 saylı seçki məntəqəsində isə 419 nəfər seçici səs verəcək. Qeydə alınan seçicilər işğaldan azad olunan ərazilərdə çalışanlardır.
Dairə üzrə 11 məntəqə Biləsuvar rayon ərazisindəki məcburi köçkün şəhərciyində, bir seçki məntəqəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində, qalan seçki məntəqələri isə respublikanın 54 rayon və şəhər ərazisində yerləşir. Dairə üzrə 1062 müşahidəçi qeydiyyatdan keçib.