Menyu

Azərbaycan prezident seçkiləri çərçivəsində Ankara, İstanbul və Qarsda səsvermə keçirilir

Nərmin Qocamanlı
Azərbaycan prezident seçkiləri çərçivəsində Ankara, İstanbul və Qarsda səsvermə keçirilir
1 dəq oxu

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyindəki seçki məntəqələrində səsvermə başlayıb.

"Operativ Media" xəbər verir ki, Ankara şəhərində yerləşən Səfirlikdə 46 və 47, İstanbuldakı Baş konsulluqda 53 və 54, Qarsdakı Baş konsulluqda 55 saylı seçki məntəqələri yaradılıb.

Türkiyə Respublikasında daimi və ya müvəqqəti yaşayan, uzunmüddətli ezamiyyətdə, seçki günü Türkiyə Respublikasında olacaq olan 18 yaşı tamam olmuş, aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları Türkiyə vaxtı ilə saat 08:00-19:00 aralığında Azərbaycan Respublikasının ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə yuxarıda qeyd edilən seçki məntəqələrinə gələrək səsvermə hüququnu həyata keçirirlər.

Fotogalereya

Əlaqəli Xəbərlər