Menyu

Ölkə ərazisində yağıntılar kəsilib - FAKTİKİ HAVA

Nərmin Qocamanlı
Ölkə ərazisində yağıntılar kəsilib - FAKTİKİ HAVA

Fevralın 7-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində fevralın 6-sı axşamdan yağıntılar tədricən kəsilib, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olub, qar yağıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Belə ki, qar örtüyünün hündürlüyü: Sarıbaşda (Qax) 48 sm, Ordubadda 36 sm, Şəki, Xaltanda 12 sm, Qusarda 9 sm, Altıağac, Gədəbəydə 6 sm-dək olub.

Küləyinin maksimal sürəti Yardımlıda 24 m/s, Şəki, Gədəbəy, Daşkəsəndə 20 m/s, Lerikdə 17 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-16 , Naxçıvan MR-da 12-15, Aran rayonlarında 15-19, dağlıq rayonlarda 9 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3 dərəcəyədək şaxta olub.

Teqlər:

"\u00d6lk\u0259 \u0259razisind\u0259 ya\u011f\u0131nt\u0131lar k\u0259silib - FAKT\u0130K\u0130 HAVA"

Əlaqəli Xəbərlər