Menyu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov səs verib

Nərmin Qocamanlı
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov səs verib
1 dəq oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

"Operativ Media" xəbər verir ki, nazir 13 saylı Yasamal 3-cü Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində səs verib.

O jurnalistlərə açıqlamasında qeyd edib ki, bu gün artıq işğaldan azad edilən rayonlarımızda, Şuşada, Xankəndində insanlarımız səs verir, onlar Azərbaycanın suverenliyinə, Azərbaycanın inkişafına səs verirlər.

Nazir qeyd edib ki, artıq Azərbaycan daha böyük inkişaf dövrünə qədəm qoyur.

"Ona görə də əhalimiz çox böyük məmnuniyyətlə seçki məntəqələrinə gedirlər, səs verirlər. Bu, doğurdan da digər illərdən fərqli olaraq çox böyük, möhtəşəm seçkidir" - K. Heydərov vurğulayıb.

Əlaqəli Xəbərlər