Menyu

Prezident seçkilərində fəallığı ən yüksək və ən aşağı olan dairələr açıqlanıb

Nərmin Qocamanlı
Prezident seçkilərində fəallığı ən yüksək və ən aşağı olan dairələr açıqlanıb
1 dəq oxu

Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.

"Operativ Media" xəbər verir ki, saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 110 saylı Balakən Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 26.42 faiz (48990 seçicidən 6372 nəfər) olub.

Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 11,72% (54953 seçicidən 6438 nəfər) olub.

Əlaqəli Xəbərlər