Zahid Oruc: "Seçkilərdən sonra Azərbaycana olan beynəlxalq təzyiqlər azalacaq"
Nərmin Qocamanlı
Prezidentliyə namizəd Zahid Oruc məntəqədə görünən aktivliyin ölkədəki mənzərə olduğunu bəyan edib.
"Operativ Media" xəbər verir ki, bunu Zahid Oruc jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, 20% yükdən azad olmaq təkcə coğrafi bütövlüyü yox, həm də vətəndaş bütövlüyü yaradıb.
Z. Oruc bildirib ki, 7 fevraldan sonra yeni bir gündəlik formalaşır:
“30 il ərzində bizə iradəmizdən kənar amilli gündəlik diqtə olunmuşdu. Seçkilərdən sonra mən hesab edirəm ki, Azərbaycana olan beynəlxalq təzyiqlər azalacaq və ya dayanacaq. Hansısa standartı Avropa ilə müqayisədə edəndə görməyən qüvvələr belə millətin məntəqələrdəki bugünkü iradəsini görüb qiymətləndirləcəklər. Görəcəklər ki, bu xalqın iradəsidir. Millətin mövqeyi olan yerdə kimin qalib gəlməsindən asılı olmayaraq hamı qalib olacaq”.
Teqlər:
"Zahid Oruc: \"Se\u00e7kil\u0259rd\u0259n sonra Az\u0259rbaycana olan beyn\u0259lxalq t\u0259zyiql\u0259r azalacaq\""