Menyu

MSK: Saat 12.00-a qədər respublika üzrə seçici fəallığı 38,57 faiz olub

Nərmin Qocamanlı
MSK: Saat 12.00-a qədər respublika üzrə seçici fəallığı 38,57 faiz olub

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığını açıqlayıb.

"Operativ Media"nın məlumatına görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12.00-a qədər respublika üzrə 2499033 nəfər səs verib, seçici fəallığı 38,57 faiz olub.

Qeyd edək ki, növbədənkənar prezident seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 478 840 nəfərdir.

Teqlər:

"MSK: Saat 12.00-a q\u0259d\u0259r respublika \u00fczr\u0259 se\u00e7ici f\u0259all\u0131\u011f\u0131 38 57 faiz olub"

Əlaqəli Xəbərlər