Menyu

Azərbaycan və Qazaxıstan XİN başçıları arasında telefon danışığı olub

Nərmin Qocamanlı
Azərbaycan və Qazaxıstan XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının formalaşmış hökumətində yenidən təyin olunmuş baş nazirin müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı baş tutub.

XİN-dən "Operativ Media"ya verilən xəbərə görə, həmkarını Qazaxıstan Respublikasının baş nazirinin müavini, xarici işlər naziri vəzifəsinə yenidən təyin edilməsi münasibətilə təbrik edən nazir Ceyhun Bayramov, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan və Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edən nazir Ceyhun Bayramov, iki ölkə arasında dostluq, qardaşlıq, həmrəyliyə əsaslanan münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə dair əminliyini diqqətə çatdırıb.

Telefon danışığı zamanı, həmçinin Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər