Menyu

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov macarıstanlı həmkarı ilə görüşüb

Nərmin Qocamanlı
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov macarıstanlı həmkarı ilə görüşüb

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Macarıstan Mərkəzi Seçki Komissiyasının sədri Nagy Atilla Mihalinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, Məzahir Pənahov əvvəlcə qonaqlara Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Zəfər barədə məlumat verib.

Bildirib ki, 2020-ci ildə Azərbaycanın öz ərazilərini işğaldan azad edib, 2023-cü ildə isə lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü tam bərpa edib. Seçkilərin ilk dəfədir bütöv Azərbaycan ərazisində keçirildiyini diqqətə çatdıran MSK-nın sədri ölkədə 6,5 milyon seçicinin olduğunu və onların 6537 məntəqədə səs verdiklərini deyib. O, işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin qurulduğunu diqqətə çatdırıb.

Macarıstan Mərkəzi Seçki Komissiyasının sədri dəvətə görə minnətdarlığını bildirib, seçki prosesini sona qədər fəal şəkildə müşahidə edəcəklərini diqqətə çatdırıb.

Teqlər:

"M\u0259rk\u0259zi Se\u00e7ki Komissiyas\u0131n\u0131n s\u0259dri M\u0259zahir P\u0259nahov macar\u0131stanl\u0131 h\u0259mkar\u0131 il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər