Menyu

ABŞ dövlət katibi İsrailin baş naziri ilə görüşüb

Nərmin Qocamanlı
ABŞ dövlət katibi İsrailin baş naziri ilə görüşüb

Yerusəlimdə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisi məlumat yayıb.

Bildirilib ki, Baş nazir Netanyahu və dövlət katibi Blinken arasında təkbətək görüşü keçirilib və daha sonra geniş tərkibli görüş baş tutub.

Geniştərkibli görüşdə İsrail tərəfdən müdafiə naziri, strateji məsələlər naziri, Milli Təhlükəsizlik Şurasının direktoru, "Mossad"ın direktoru, İSA-nın direktoru, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Baş nazirin hərbi katibi, nazirlər kabinetinin katibi və Baş nazirin xarici siyasət müşaviri iştirak edib.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər