Menyu

Seçicilərin 70,85 faizi səsvermədə iştirak edib

Nərmin Qocamanlı
Seçicilərin 70,85 faizi səsvermədə iştirak edib
1 dəq oxu

Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 17:00-a olan seçici fəallığı açıqlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, saat 17:00-a qədər respublika üzrə 4 milyon 590 min 75 nəfər səs verib. Seçici fəallığı 70,85 faiz olub.

Hesabat vermiş məntəqələrin sayı 6521-dir.

Əlaqəli Xəbərlər