FİFA prezidenti Canni İnfantino Dünya Çempionatı barədə mətbuata açıqlamalar verib.
"Operativ Media"nın xəbərinə görə, o qrup mərhələsinin oyunlarını Dünya Çempionatnın indiyə qədərki ən yaxşı qrup mərhələsi adlandırıb.
"Bu, Dünya çempionatının qalan hissəsi üçün çox ümidvericidir. Artıq nə kiçik komandalar, nə də böyük komandalar var. Səviyyə çox-çox bərabərdir. Tarixdə ilk dəfə olaraq bütün qitələrin milli komandaları pley-off mərhələsinə keçirlər. Bu, futbolun həqiqətən də qloballaşdığını göstərir.Televiziyada rekord qıran rəqəmlər - artıq iki milyarddan çox tamaşaçımız izləyib, bu, həqiqətən inanılmazdır. Doha küçələrində iki milyon yarım və hər gün bir neçə yüz min insan stadionlarda, hamısı birlikdə, birlikdə alqışlayırlar"-deyə o bildirib.