Menyu

Son iki gündə 10 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Nərmin Qocamanlı
Son iki gündə 10 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
1 dəq oxu

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 6-da və 7-də ümumi çəkisi 10,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
   
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,3 kiloqramdan artıq heroin və 9 kiloqramdan çox marixuana olub.
 
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Əlaqəli Xəbərlər