Yanvarın 1-dən Prokurorluq işçilərinin maaşlarına əlavələrin məbləği artırılır

Nərmin Qocamanlı
Yanvarın 1-dən Prokurorluq işçilərinin maaşlarına əlavələrin məbləği artırılır

Prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində prokurorluq işçiləri üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.

"Operativ Media" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklikdə əksini tapıb.Dəyişikliklə prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli deyil, 1,25 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar. 

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Digər xəbərlər