
Suriya hökuməti ABŞ-ın sanksiyalarına görə ölkədə yaranan yanacaq çatışmazlığı səbəbindən dövlət qurumlarında həftəlik iş vaxtını 4 günə endirmək qərarına gəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.
Qərara uyğun olaraq bir çox universitetdə kurslar ləğv edilib. Hökumət qanunsuz olaraq benzin, dizel və mazut satan, neft məhsulları ehtiyatı saxlayan çox sayda iş adamının saxlanıldığını bildirib.
Hazırda ölkədə 142 yanacaqdoldurma məntəqəsinin ticarət qanunlarını pozduğu üçün bağlandığı, hazırda valyuta tələb olunduğu üçün yanacaq almağın mümkün olmadığı qeyd edilib.
Suriyanın Neft və Mineral Ehtiyatlar naziri Bassam Tohme böhranın 50 gün əvvəl başladığını, lakin hökumətin neft ehtiyatlarından istifadə edərək böhranı idarə etdiyini bildirib.