http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Mərakeşli Sofian Bufal kimdir? - Maraqlı həyat hekayəsi

11 Dekabr 2022 , 20:45
Mərakeşli Sofian Bufal kimdir? - Maraqlı həyat hekayəsi

Dünya çempionatında yarımfinal mərhələsinə adlayan Mərakeş yığmasının futbolçusu Sofian Bufalın maraqlı həyat hekayəsindən yazacağıq. 

 

“Operativ Media” xəbər verir ki, Sofian Bufalın anası Zubida böyük oğlu Abdeli,əkizləri Ayça və Sofianı ərindən ayrı tək böyüdüb. 

 

Zubida uşaqlarına baxmaq üçün təmizlikçi işləyib. 

 

Bir qış günü səhər saat 5-6 radələrində anasının soyuqda işə getdiyini görən Sofian Bufal anasının işdən çıxması üçün peşəkar futbolçu olacağına söz verib. 

 

18 yaşında olan Sofian Bufal dərsləri imkan vermədiyi üçün məktəblə futbol arasında seçim etməli olur.  

 

Bufal anasını inandırır ki, bir gün uğur qazanacaq və anasının işə getməyə ehtiyac qalmayacaq vəziyyətə gələcəklər. Qərarını verən Bufal futbola yönəlir. 

 

"Anje" klubunun uşaq futbol məktəbində oynayan Bufal boyunun qısa və çəlimsiz olması səbəbiylə futbol məktəbindən göndərilmə riski ilə üzləşir. 

 

Bu çətin günlərdə onun köməyinə Stefan Mulen çatır. 

 

"Anje"nin heyətində uzun illər Fransada uğur qazanan Mulen həmin illərdə "Anje"nin ehtiyat komandasını çalışdırırdı. 

 

Mulen tez-tez "Anje" gənclərində oynayan oğlu Kevin Mulenin matçlarını izləyirdi. Sofian Bufal Kevin Mulenin komanda yoldaşı idi. 

 

Stefan Mulen Sofian Bufala fiziki çatışmazlıqlarına aldanmadan etibar edilməli olduğunu bildirir və onun komandada qalmasında mühüm rol oynayır. 

 

Bufal daha sonra ciddi fiziki inkişaf göstərir və "Anje" ilə peşəkar müqavilə imzalayır. 

 

Sofian Bufal bu müqavilədən sonra anasını işdən ayrılmağa məcbur edir və maaşının yalnız 200 avrosunu özünə, qalanını isə anasına verir. 

 

"Anje"dən "Lill"ə keçərkən də anasını yanından ayırmır.

 

Sofian Bufal anasını Lill şəhərinə aparmasını bu sözlərlə izah edir.

 

 “Mən evdə anamla çox rahat anlaşıram. Pis vərdişlərim olmasın deyə anamı da özümlə gətirdim. 

 

Mən pis vərdişlərə qoşulacaq insan deyiləm, bu mənim təbiətimdə yoxdur, amma insan olduğumuz üçün bəzən aldana bilərik".

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ilk dəfə xizək alpinizmi üzrə Dünya Kuboku keçiriləcək

Azərbaycanda ilk dəfə xizək alpinizmi üzrə Dünya Kuboku keçiriləcək

"Sabah" "Sumqayıt"ı, "Səbail" "Neftçi"ni, "Kəpəz" "Zirə"ni qəbul edir

"Sabah" "Sumqayıt"ı, "Səbail" "Neftçi"ni, "Kəpəz" "Zirə"ni qəbul edir

Tiaqo Alkantara "Liverpul"dan ayrılır

Tiaqo Alkantara "Liverpul"dan ayrılır

XƏBƏR LENTİ
  • 16:19

    Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub
    Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub
  • 16:16

    Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB
    Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB
  • 15:54

    Keniyada sərnişin avtobusu çaya düşüb; 9 nəfər ölüb, 17 nəfər yaralanıb
  • 15:39

    Türkiyədə hərbi avtomobil aşıb, 11 əsgər yaralanıb
  • 15:35

    Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub
    Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub
  • 15:28

    Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər
    Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər
  • 15:18

    Bölgələrə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 15:07

    “AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib
    “AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib
Menyu