Menyu

“Qarabağ” azarkeşləri stadiona mühafizə xidmətinin müşayiəti ilə gedəcək

Operativ Media
“Qarabağ” azarkeşləri stadiona mühafizə xidmətinin müşayiəti ilə gedəcək

“Qarabağ” azarkeşləri Yunanıstanda “Olimpiakos”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu üçün “Georgios Karaiskakis” stadionuna mühafizə xidmətinin müşayiəti ilə gedəcək.

Ağdam təmsilçisindən "Operativ Media"ya verilən məlumata görə, bu, səfər komandasının fanatları ilə bağlı yerli qaydalar, eləcə də təhlükəsizliklə əlaqədardır.

Tərəfdarların matçdan əvvəl görüş nöqtəsi şəhər mərkəzində yerləşən “Marble” stadionunun qarşısı olacaq. Onlar klub tərəfindən ayrılmış xüsusi avtobuslarla matçın oynanılacağı arenaya yollanacaq.

“Qarabağ”azarkeşləri biletləri oyun günü ala biləcəklər. Biletin qiyməti 20 avrodur.

Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək “Olimpiakos” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər