Futbol üzrə Azərbaycan millisinin və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov karyerasını Rumıniyada davam etdirəcəyi xəbərlərinə münasibət bildirib.
"Operativ Media"ya açıqlamasında Emin Mahmudov transfer haqqında heç bir məlumatının olmadığını bildirib.
Onu da qeyd edək ki, Emin Mahmudov uzun müddətdir "Neftçi" klubunda çıxış edir və komandanın kapitanıdır.