Afrika və müsəlman ölkələrinin könüllərinin çempionu Mərakeşi finalda görə bilməsək də, o coğrafiyaya aid bir çox futbolçu finalda özünü göstərəcək.
“Operativ Media” xəbr verir ki, Fransa milli komandası afiralılardan və digər millətlərdən təşkil olunub.
Fransa millisinin Mərakeşi millisini məğlub edərək finala çıxdığı matçda ilk 11-likdə tək Fransa kökənli futbolçu Antuan Qrizman idi. Ancaq o da alman ata və portuqaliyalı anadan dünyaya gəlib.
Fransanın 25 nəfərlik mundial heyətində isə sadəcə 3 fransız əsilli futbolçu yer alıb. Yəni, komandadakı konqolulardan daha az.
Bu vəziyyət fransızlar üçün yeni bir şey deyil. 2018 Dünya Çempionatında çempion olan Fransa milli komandası 23 nəfərlik heyətində 15 adın Afrika kökənli olması diqqətlərdən yayınmamışdı. O komandada təkcə 2 fransız mübarizə aparmışdı.
Bu turnirdə isə 25 nəfərlik heyətin 13-ü Afrika kökənlidir.
3 ispan, 1 italyan, 1 filippinli və adalardan gələn 3 futbolçu da Fransa milli komandasının uğurları üçün forma geyinirlər.
Yaranan bu vəziyyət, "Fransaya fransız qalan komanda" deyiminə səbəb olub.