Argentinanın baş məşqçisi Lionel Skaloni və köməkçiləri axşamki matç üçün "Anti Mbappe" planı hazırlayıblar.
"Operativ Media" xəbər verir ki, argentinalılar fransızı saxlamaq üçün müxtəlif taktikalar üzərində çalışıblar. Onlar Mbappeyə ötürmə xətlərini qırmaq üçün "4-4-2" və 5 nəfərlik müdafiə çalışmalarını ediblər.
Qeyd edək ki, final matçı bu gün Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.