Messi 24 iyun 1987-ci ildə Argentinada anadan olub. Dünya şöhrətli ulduz futbolçu karyerasına 8 yaşında "Newell's Ol Boys"da başlayıb.
Messiyə bir müddət sonra onun inkişafına təsir edən böyümə hormonu çatışmazlığı diaqnozu qoyulub. Messinin ailəsi hormon terapiyasına başlamaq istəyib, lakin bu hormon terapiyası kifayət qədər bahalı idi .
Bu ərəfədə Messi "Barselona"nın gənclər akademiyasına qoşulmaq şansı qazanır. Komanda hormon terapiyasının xərclərini qarşılamağa razı olduqdan sonra Messi və ailəsi Barselonaya köçür. Messi 2004-2005 mövsümündə "Barselona"da oynamağa başlayıb.
Messiyə gənc yaşında böyümə hormonu çatışmazlığı diaqnozu qoyulur. Messi daha sonra hormon müalicələrinə başlayır. Messinin Asperger sindromu adlı bir xəstəliyinin də olduğu düşünülür.
Asperger sindromu Otistik Spektr Pozğunluğu (ASD) adlanan geniş spektrdə araşdırılan bir inkişaf pozğunluğu növüdür. Asperger sindromlu insanlar tez-tez sosial problemlərlə üzləşirlər. Bəzən başqalarının hisslərini başa düşməkdə çətinlik çəkə bilərlər. Bədən dilini və obrazlı ifadələri şərh etmək də onlar üçün çətin ola bilər.
Sosial məsələlərdə özlərini ifadə etməkdə çətinlik çəksələr də, dil və idrak bacarıqları kifayət qədər yüksəkdir. Qrammatika və lüğətdən istifadə kimi sahələrdə çox yaxşıdırlar. Sadəcə alt mətnləri oxumaqda çətinlik çəkirlər.
Asperger sindromu olan insanlar öz ixtisas sahələrində üstün olmağa meyillidirlər. Müəyyən bir sahəyə diqqət yetirirlər və bu sahəyə gedirlər. Nyuton və Eynşteyn kimi məşhurların da bu tip pozğunluğa sahib olduğu düşünülür.