21 Dekabr 2022, 15:16
Qazaxıstan Almaniyaya neft nəqlinə başlaya bilər
Qazaxıstan Almaniyaya neft nəqlinə başlaya bilər şəkil
Qazaxıstan Almaniyaya neft nəqlinə başlaya bilər

Qazaxıstan Drujba boru kəməri ilə Almaniyaya neft nəqlinə başlaya bilər.

"Operativ Media" xəbər verir ki, Qazaxıstan Dövlət Neft və Qaz Şirkətinin (KazMunayQaz) İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin parlament katibi Mixael Kellner ilə videokonfrans vasitəsilə görüşüb.

Görüş zamanı Almaniya tərəfi Şvedt neft emalı zavodunun ölkənin şərqində yerləşən Brandenburq əyalətinin iqtisadiyyatının “ürəyi” olduğunu və Qazaxıstandan “Drujba” boru kəməri ilə neft emalı zavodunu sabit xammalla təmin etmək istəyini ifadə edib.

Mirzəqaliyev Qazaxıstan neftinin “Drujba” kəməri ilə Almaniyaya çatdırılmasının mümkünlüyünü də təsdiqləyib, lakin müqavilə və texniki məsələlərin həllinə ehtiyac olduğunu qeyd edib.

 

Son xəbərlər
Leyla Əliyeva Qubada Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqu ilə tanış olub
Kreml Putin və Tramp arasında baş tutan telefon danışığı ilə bağlı məlumat yayıb - YENİLƏNİB
İlham Əliyev: "Bakıya tanklarla gəlib çay içəcəyik” deyənlər indi məhkəmə qarşısında cavab verirlər
“Neft Daşları”nda kran dənizə düşüb
Zelenski Finlandiyaya səfər edib
Prezident: Bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir
Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB
Rusiyada Mİ-28 helikopteri qəzaya uğrayıb