"Google Pulqabı" milyonlarla smartfonda fəaliyyətini dayandıracaq
Nərmin Qocamanlı
1 dəq oxu
"Google" rəqəmsal pul kisəsi xidmətinin köhnə smartfonlarda fəaliyyətini dayandıracaq.
"Operativ Media" xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.
Məlumata görə, "Google Wallet" tətbiqi iyunun 10-dan etibarən Android 7 və daha köhnə sistemlərdə fəaliyyətini dayandıracaq. Buna görə də, xidmət üçün tövsiyə olunan minimum əməliyyat sistemi 2017-ci ildə buraxılan Android 8 olacaq.
"Google" bu qərarın Android istifadəçilərinin təhlükəsizliyi ilə bağlı narahatlıqları ilə əlaqədar olduğunu izah edib. "Statcounter"in məlumatına görə, 2024-cü ilin aprelində Android 7-nin payı 1,32 faiz təşkil edir, yəni əməliyyat sistemi milyonlarla istehlakçı tərəfindən istifadə olunmağa davam edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Sorğu