http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bakıda reklam lövhələri olan binaların fasadında dəyişikliklər edilir - FOTO

15 May 2024 , 10:49
Bakıda reklam lövhələri olan binaların fasadında dəyişikliklər edilir - FOTO

Bakının mərkəzi küçələrində, əsasən reklam lövhələri olan binaların fasadında dəyişikliklər edilir. 

"Operativ Media" xəbər verir ki, bununla bağlı artıq Yasamal, Nərimanov, Nizami, Xətai rayonlarında işlərə başlanılıb.

Reklam lövhələri sökülür, onların arxasındakı alkaponlar çıxarılır və yeni materiallar quraşdırılır. Daha sonra isə obyektin loqosu və ya şüarı yeni materialın üzərinə bərkidilir. 

Mövzu ilə bağlı bir sıra obyekt nümayəndələri "Operativ Media"ya bildiriblər ki, göstəriş İcra Hakimiyyətləri tərəfindən gəlib. Onlar alkaponun nə üçün söküldüyünə isə məntiqi açıqlama almadıqlarını bildirirlər: 

"İllərdir ki, biz bu alkapondan istifadə edirik. Təhlükəsizliyi yüksək səviyyədədir. Həm ölkədə istehsal olunur, həm də xaricdən ölkəyə gətirilir. Bu qanunsuz olsaydı, əvvəlcədən məlumat verərdilər, biz də istifadə etməzdik" - deyə obyekt sahibi A.Manafov bildirib.

Reklam üzrə ekspert Sabit Məmmədov isə bildirib ki, alkaponların sökülməsi ilə bağlı aidiyyəti dövlət qurumları açıqlama yaysalar daha yaxşı olar:

Bakıda "Təchizat Zənciri Liderləri Zirvəsi" öz işinə başlayıb

"Hazırda Bakıda binaların üzərindəki reklamlar xaotik şəkildədir və demək olar ki rənglərlə bağlı heç bir norma yoxdur. Amma indi bununla bağlı işlərə başlanılıb. Yaxın gələcəkdə şəhərimizdə reklamları daha səliqəli görə biləcəyik. Alkaponun sökülməsi məsələsi isə sahibkarlar arasında da, reklam şirkətləri arasında da birmənalı qarşılanmır. Çünki bu materialdan istifadə etmək heç bir qanun pozuntusu deyil. Yaxşı olar ki, bu barədə aidiyyəti qurumlar açıqlamalar verələr"-deyə o bildirib.

Qeyd edək ki, digər ölkələrdə də bina fasadına vurulan çöl reklamlarına dair tələblər mövcuddur.

OXŞAR XƏBƏRLƏR
COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu